Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqlamasına əsasən…

7 Dekabr 2021 15:17

Xəbər 431 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin rəmzi komandasını açıqlayıb.Federasiyanın saytının verdiyi məlumata görə, simvolik heyətdə 4-3-3 taktiki sxeminə yer verilib.Heyətdə qapıçı – Canluici Donnaruma (PSJ), müdafiəçilər – Əşrəf Hakimi (PSJ), Leonardo Bonuççi (“Yuventus”), Ruben Diaş (“Mançester Siti”), Alfonso Deyvis (“Bavariya”), yarımmüdafiəçilər – Kevin De Bröyne (“Mançester Siti”), Lionel Messi (PSJ), Jorjinyo (“Çelsi”), hücumçular: Kilian Mbappe (PSJ), Robert Levandovski (“Bavariya”) və Kriştiano Ronaldo (“Mançester Yunayted”) yer alıblar.xeber100.com