Beynəlxalq futzal turniri keçirilib

14 İyul 2017 11:27

Xəbər 797 dəfə oxunub

İyulun 13-də 16 yaşadək eşitmə qüsurlu əlillərdən ibarət Azərbaycan millisi Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq futzal turnirində növbəti oyunlarını keçirib.Azərtac xəbər verir ki, turnirin ikinci dövrəsində Azərbaycan yığması Polşa-A komandasına 3:1 hesabı ilə qalib gəlib. Azərbaycan-Slovakiya oyununda isə qalib müəyyənləşməyib – 2:2.xeber100.com