Beynəlxalq idman turniri keçiriləcək

8 İyun 2018 15:33

Xəbər 688 dəfə oxunub

İyunun 16-da Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri – “Mübarizlər” yarışı keçiriləcək.Azərtac xəbər verir ki, ötən il Bakıda təşkil olunan və böyük maraq doğuran “Mübarizlər” layihəsi ikinci mövsümdə ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını – çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur. Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət etməlidirlər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayacaqlar.Ötənilki yarışdan fərqli olaraq bu mövsümdə “Mübarizlər” layihəsində hər iki formatda iştirak edənlər üçün pul mükafatı nəzərdə tutulub. Yarışın ümumi mükafat fondu 15 min manatdır. Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanacaqlar. Bundan əlavə, fəal iştirakçılar çoxlu sayda qiymətli hədiyyələrlə təltif ediləcəklər.Hər iki format üçün avtopark, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinələri və soyunub-geyinmə otaqları nəzərdə tutulub. Fiziki formasından asılı olmayaraq, yarışda arzu edən hər kəs iştirak edə bilər.Hazırda maneəli yarışlar bütün dünyada məşhurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilən bu yarışlar artıq klassik idman növlərini geridə qoyur. Dünyanın ən məşhur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirləri ilə ünsiyyət yaratmaq üçün gənclərə bu unikal şansdan istifadə etmək təklif olunur.Yarışda iştirak etmək üçün biletləri “Iticket” kassalarından əldə etmək mümkündür.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02