Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir.Nazirlikdən Azərtac-a bildirilib ki, ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dilində ziyarətçilərə təqdim olunur.Tədbirdə “Mayns-Azərbaycan” Cəmiyyətinin sədri Başar Kömür, “Avropa Əməkdaşlıq Forumu”nun sədri Samirə Patzer-İsmayılova və digər qonaqlar iştirak ediblər.Qeyd edək ki, Frankfurt yarmarkasında iştirak edən Ermənistan tərəfi bu dəfə də öz xislətinə uyğun olaraq ölkəmizə qarşı təxribata əl atıb. Ermənistanın stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər işğal olunmuş ərazilərini qondarma “DQR” adı altında göstərən xəritələr yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…