Dekabrın 9-10-da Qəbələdə “Artan zorakı ekstremizm və onun qarşının alınması yolları”na həsr olunan iki günlük beynəlxalq konfrans keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Apa-ya verilən məlumata görə, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə dinc yanaşı yaşamağın təmin edilməsi üçün səyləri birləşdirməyin və tolerantlıq ideyalarına əməl etməyin zəruriliyi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri – Madrid Klubunun Prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Mərkəzin üzvləri – Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski, Serbiyanın eks-prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Xorvatiyanın sabiq Prezidenti İqor Yosipoviç, Niderland Krallığının keçmiş Baş naziri Vim Kok, Bosniya və Hersoqovinanın sabiq hökumət başçısı Zlatko Lagumciya, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili və digərləri daxil olmaqla 20-dən çox ölkənin keçmiş dövlət və hökumət başçısının, habelə nüfuzlu siyasətçilərin elm və mədəniyyət xadiminin iştirakı gözlənilir. Qeyd edək ki, dekabrın 7-8-də isə Qəbələdə Diasporla İş Üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…