Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının formatını və onların ilkin təqvimini təsdiqləyib.Yaxın vaxtlarda BOK-un rəsmi saytında 2024-cü il Olimpiya Oyunları üçün Milli Olimpiya komitələri və idmançıların seçilməsinin mümkün yollarını təsvir edən ətraflı sənəd dərc olunacaq. Bildirilir ki, 2024-cü ilin mart-iyun aylarında qayayadırmanma, skeytbordinq, breykdans və velosiped idmanının BMX-fristayl növü üzrə dördgünlük üç turnir-festival keçiriləcək. Bu yarışlarda idmançılar Olimpiadada iştirak etmək hüququ uğrunda mübarizə aparacaqlar.Həmçinin, “Paris-2024”ün təşkilat komitəsi ilə birlikdə yarış sessiyalarının ilkin başlama və bitmə vaxtları təsdiqlənib. Cədvəl elə planlaşdırılıb ki, bütün olimpiyaçılar təntənəli açılış və bağlanış mərasimlərində iştirak edə bilsinlər. Olimpiadada 32 idman növü üzrə 329 medal dəsti oynanılacaq.Paris Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…