Olimpiya Oyunlarının proqramına yeni idman növü daxil edilə bilər. Apasport.az saytının məlumatına görə, İdman Balıqtutması Beynəlxalq Konfederasiyası (CİPS) bu idman növünün Tokio-2020-nin proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib. CİPS rəhbərliyi hesab edir ki, balıq tutmağın bütün dünyada populyar olması Olimpiya hərəkatını daha da universallaşdıracaq. Konfederasiya heyvanlara ziyan vurmamaq üçün yarış zamanı tutulan balıqların yenidən suya atılmasını da təklif edib. Lakin belə mübarizədə bəxt amilinin rolunu önə çəkən tənqidçilər balıq ovunun Olimpiadalara qayıdışının əleyhinədi. Üstəlik, yarışın baxımlı olmamağı da qeyd edilir. 1900-cü ildə keçirilən Olimpiya Oyunlarının proqramında qeyri-rəsmi olan balıq tutmaq yarışı da yer alıb. 6 ölkə təmsilçilərinin mübarizəsindəki qaliblərin adları isə tarixdə qalmayıb. Qeyd edək ki, 5 yeni idman növünün – karate, beysbol, skeytbordinq, qayayadırmanma və serfinqin Tokio-2020-nin proqramına daxil ediləcəyi rəsmiləşib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…