Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan boks yarışlarının keçiriləcəyi barədə məlumat yayıb.Azərtac BOK-un rəsmi saytına istinadla xəbər verir ki, gələn ilin fevral-may aylarında dörd qitə turniri və ümumi seçmə yarış təşkil ediləcək. Yarışların nəticələrinə görə boksçular XXXII Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edəcəklər.BOK-un üzvü Morinari Vatanabe deyib: “Təsnifat yarışları Olimpiya Oyunlarında iştirak etmək üçün ədalətli və şəffaf bir yoldur. Bütün Milli Olimpiya komitələri eyni səviyyədə bu imkandan istifadə edə biləcəklər. Boks üzrə təsnifat yarışlarını yüksək səviyyədə keçirmək və idmançılara ən yaxşı imkan yaratmaq üçün əlimizdən gələni edəcəyik”.Asiya və Okeaniya üzrə təsnifat yarışları gələn il fevralın 2-14-də Çində, Afrika üzrə fevralın 20-20-da Seneqalda, Avropa üzrə martın 13-23-də Böyük Britaniyada və Amerika üzrə isə martın 26-dan aprelin 3-dək Argentinada təşkil olunacaq. Ümumi seçmə yarışlara isə mayın 13-24-də Fransa ev sahibliyi edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…