Beynəlxalq Olimpiya Komitəsinin 136-cı sessiyası öz işinə başlayır

17 İyul 2020 22:12

Xəbər 530 dəfə oxunub

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 136-cı sessiyası öz işinə başlayır. Beynəlxalq qurumun onlayn qaydada keçiriləcək toplantısı iyulun 22-dək davam edəcək.Azərtac BOK-un rəsmi saytına istinadla xəbər verir ki, toplantının ilk günündə qurumun vitse-prezidentinin və İcraiyyə Komitəsinə üzvlərin seçilməsinə dair səsvermə keçiriləcək.BOK-un vitse-prezidenti vəzifəsinə iki nəfərin namizədliyi irəli sürülüb. Həmin namizədlər Con Kouts (Avstraliya )və Mianq Hiqdir (Sinqapur).BOK İcraiyyə Şurasının üzvlüyünə 4 namizəddən yalnız ikisi seçiləcək. Seçim Pyer Olivye Bekker-Vyuant (Belçika), Herardo Verteyn (Argentina) və xanımlar- Daqmavit Girmey Berheyn (Efiopiya), Mikaela Kojuanka Yavorski (Filippin) arasında aparılacaq.BOK-un 136-cı sessiyası “YouTube” kanalı ilə canlı yayımlanacaq.Toplantılardan sonra BOK prezidenti media nümayəndələrinin suallarını cavablandıracaq.xeber100.com