Beynəlxalq Olimpiya Komitəsinin 138-ci sessiyasında

21 İyul 2021 14:51

Xəbər 431 dəfə oxunub

Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən rəsmən tanınıb.Azərtac xəbər verir ki, bu barədə qərar BOK-un Yaponiyanın paytaxtı Tokioda keçirilən 138-ci sessiyasında qəbul olunub.Beynəlxalq Sambo Federasiyası, Beynəlxalq Çirlidinq Şurası, Beynəlxalq Muay-tay Assosiasiyası Federasiyası, Beynəlxalq Aysştok İdmanı Federasiyası, Dünya Lakross Federasiyası və Dünya Kikboksinq Təşkilatı Assosiasiyası BOK tərəfindən rəsmən tanınıb.Tanınmış idman qurumlarının bəzilərinin idmançıları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilər.Altı idman növündən yalnız biri – aysştok qış idman növüdür.xeber100.com