Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin növbəti iclasında

24 Fevral 2021 11:32

Xəbər 553 dəfə oxunub

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi növbəti iclasında 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhəri müəyyənləşdirəcək.“Inside the Games” nəşri xəbər verir ki, BOK İcraiyyə Komitəsinin iclası fevralın 24-də videokonfrans vasitəsi ilə keçiriləcək.Qeyd edək ki, Brisben (Avstraliya), Doha (Qətər), Budapeşt (Macarıstan), Almaniyanın Reyn-Rur bölgəsi, Çinin Çendu və Çunçin şəhərləri əvvəllər 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək arzusunu bildiriblər. Müxtəlif dövrlərdə İstanbul (Türkiyə), Cakarta (İndoneziya), Yeni Delhi (Hindistan), Sankt-Peterburq (Rusiya) Oyunlara maraq göstərib və Koreya Xalq Demokratik Respublikası (KXDR) və Koreya Respublikasından birgə müraciət variantına da baxılıb.xeber100.com