Beynəlxalq Olimpiya Komitəsinin məlumatı

20 Fevral 2018 12:06

Xəbər 860 dəfə oxunub

Beynəlxalq Olimpiya Komitəsi (BOK) rəsmi saytında Soçi-2014 Qış Olimpiya Oyunlarının açılışı mərasimində açılmayan “qar dənəciyi”nin təsvirindən istifadə edir.“sports.ru” xəbər verir ki, hazırda “Olympic.org” saytının hər bir istifadəçisi mövcud olmayan sayta keçiddə “Bəzən hər şey planlaşdırıldığı kimi getmir” yazısı ilə qarşılaşır.Xatırladaq ki, 2014-cü ilin Olimpiadasının açılışında texniki nasazlıq ucbatından “Fişt” stadionu üzərində olimpiya halqalarından biri açılmamışdı.xeber100.com