Beynəlxalq onlayn şahmat turnirində son turun oyunları keçiriləcək

4 Aprel 2021 17:21

Xəbər 414 dəfə oxunub

Bu gün “Nizami Ganjavi – 880” beynəlxalq onlayn şahmat turnirində son turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, ötən turların nəticələrinə görə, təmsilçilərimizdən – “Azərbaycan” komandası 7 xalla 4-cü yerdədir. Digər komandalarımız- “Azərbaycan 3”, “Azərbaycan 2” 6 xal toplayıblar.Komanda xarakteri daşıyan və İsveçrə sistemi üzrə keçirilən yarışda ümumilikdə, 24 komanda iştirak edir.On yeddi yaşadək şahmatçılar arasında təşkil olunan turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilir.xeber100.com