Mayın 7-də Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarına start verilib. APA-nın yerli bürosunun xəbərinə görə rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən beynəlxalq yarışda 9 ölkədən 73 idmançı mükafatlar uğrunda mübarizə aparır. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən 2014-cü ildən başlayaraq ənənəvi olaraq hər il keçirilən bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır. “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-Pri yarışları mayın 16-dək davam edəcək. Turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən idmançılar yarışırlar. Azərbaycanı bu mötəbər turnirdə 26 idmançı təmsil edir. Qran-Pri yarışlarında Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmış dünyanın tanınmış idmançıları da iştirak edir. Bu yarış onlar üçün həm də Olimpiada ərəfəsində bir daha sınaq yarışları hesab olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…