Beynəlxalq reytinqli şahmat turniri keçiriləcək

18 Dekabr 2018 12:14

Xəbər 930 dəfə oxunub

Dekabrın 20-də Məhsəti Gəncəvinin xatirəsinə həsr olunmuş beynəlxalq reytinqli “Gəncə Open 2018” şahmat turniri keçiriləcək.Azərtac xəbər verir ki, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış doqquz turdan ibarət olacaq. Klassik şahmat turnirindən əlavə, dekabrın 24-də blits yarışı da keçiriləcək.Turnirin nəticələri beynəlxalq reytinq cədvəlinin hesablanması üçün FIDE-yə təqdim ediləcək.xeber100.com