Beynəlxalq Şahmat Federasiyası (FIDE) ilə bu təşkilatın keçmiş rəhbəri, rusiyalı Kirsan İlyumjinov arasında barışıq sazişi imzalanıb.FIDE-nin mətbuat xidmətinin bu barədə məlumatında qeyd edilir ki, tərəflər arasında saziş İlyumjinovun vəzifədən müvəqqəti kənarlaşdırılmasının müddətinə aiddir. Bu il iyulun 13-də FIDE-nin etika komissiyası həmin dövrdə təşkilatın prezidenti olan İlyumjinovu 18 ay müddətinə bu təşkilatda hər hansı vəzifə tutmaq hüququndan məhrum edib. Avqust ayında İlyumjinov bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib. Noyabrın 27-də tərəflər arasında barışıq sazişi əldə edilib. Bu saziş FIDE-nin etika komissiyası və prezident şurası tərəfindən bəyənilib.Azərtac bildirir ki, dekabrın 21-də CAS həmin sazişi ratifikasiya edib. Əldə edilmiş razılaşmaya görə, İlyumjinovun vəzifədən kənarlaşdırılması barədə qərarın qüvvədə olma müddəti bu sənədin CAS-ın müstəqil qrupu tərəfindən ratifikasiya edildiyi gündə başa çatır.FIDE-nin mətbuat xidmətinin məlumatında deyilir: “FIDE vurğulamaq istəyir ki, bu saziş FIDE ilə İlyumjinov arasında mübahisəni tamamilə və qəti şəkildə nizamlayır. Bundan əlavə, İlyumjinov onun istər bu mübahisə ilə əlaqədar, istərsə də təşkilatdakı digər işləri çərçivəsində FIDE-yə heç bir iddiası olmadığını təsdiqləyir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…