Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında püşkatmanın nəticələrini dərc edib.Milli.Az bildirir ki, Xantı-Mansiyskdə 128 şahmatçının, o cümlədən Azərbaycanın 5 şahmatçısının qatılacağı nüfuzlu yarışda ilk rəqiblər məlum olub.Birinci turda Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov farerli Helci Deam Ziska, Arkadi Naydiç almaniyalı Niklas Huşenbert, Eltac Səfərli ameriaklı Sem Şankland, Nicat Abbasov polşalı Kasper Piorunla mübarizə aparacaqlar.Dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır. Yarışın finalçıları dünya çempionu Maqnus Karlsenə qarşı matçda iştirak etmək üçün şans qazanacaqlar.Şahmatçılarımız Ş.Məmmədyarov və T.Rəcəbovun iddiaçılar turnirinə FIDE-nin Qran-priləri vasitəsilə də vəsiqə əldə etmək imkanları var. Ümumiyyətlə, hər iki şahmatçımızın iddiaçılar turnirinə düşməsi üçün dünya kuboku daha bir şansdır. Sentyabrın 9-da start götürəcək turnirin ümumi mükafat fondu 1 milyon 600 min ABŞ dollarıdır. Turnirin qalibi 110 min dollar mükafat alacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…