Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını açıqlayıb

1 İyul 2019 14:55

Xəbər 630 dəfə oxunub

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul ayı üçün reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, səkkizinci yerdə olan şahmatçımız Şəhriyar Məmmədyarov (2765) mövqeyini qoruyub. Teymur Rəcəbov isə geriləyərək 13-cü sırada qərarlaşıb (2759). Digər şahmatçılarımızdan Arkadi Naydiç (2681) 62-ci, Qədir Hüseynov (2654) 100-cüdür.“Top-100”lükdə Azərbaycanın bir qadın şahmatçısı – Günay Məmmədzadə (2427) yer alıb. O, 40-cı pillədədir.xeber100.com