Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını açıqlayıb

1 Avqust 2019 11:21

Xəbər 446 dəfə oxunub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov (2764) reytinqdə 1 pillə geriləyərək doqquzuncu yerdə qərarlaşıb. Teymur Rəcəbov isə bir pillə irəliləyib (12-ci yer, 2758). Digər şahmatçılarımızdan Arkadi Naydiç (2675) 62-ci mövqedədir. Qədir Hüseynov isə ilk “Top-100”dən kənarda qalıb (101-ci yer, 2654).Kişi şahmatçılar arasında ilk üçlük dəyişməz qalıb. Dünya çempionu, norveçli Maqnus Karlsen (2882) birinci yerdədir. Amerikalı Fabiano Karuana (2818) və çinli Dinq Liren (2805) sonrakı iki pillədə qərarlaşıblar.Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə (2425) 41-ci, Xanım Balacayeva (2367) 97-ci pillədədir. Qadın zəka ustaları arasında isə ilk üç pillədə çinli idmançılar Hou Yifan (2659), Vencun Cu (2600) və rusiyalı Aleksandra Qoryaçkina (2564) yer alıblar.xeber100.com