Beynəlxalq Şahmat Federasiyası (FIDE) sentyabrın 1-nə olan reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, yeni reytinq siyahısına görə, şahmatçılarımızın mövqeyində cüzi dəyişiklik olub. Belə ki, təmsilçimiz Teymur Rəcəbov (2765) əvvəlki kimi 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pillədə (2764) qərarlaşıblar.Şahmatçılarımız Qədir Hüseynov (2665, 71-ci yer) və Nicat Abasov (2664, 73-cü) bir pillə irəliləyiblər. Rauf Məmmədovun (2654) mövqeyi isə dəyişməz qalıb (91-ci yer).Siyahıda ilk üçlükdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) qərarlaşıblar.Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658) başçılıq edir. Hindistan şahmatçısı Humpi Koneru (2586) ikinci, rusiyalı Aleksandra Qoryaçkina (2582) isə üçüncüdür.Qadın şahmatçılarımızdan Günay Məmmədzadə mövqeyini qoruyub (2443, 29-cu yer). İlk yüzlükdə yer alan digər iki şahmatçımız iki pillə irəliləyiblər. Belə ki, Gülnar Məmmədova (2382) 73-cü, Xanım Balacayeva (2376) 85-ci yerə yüksəliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…