Beynəlxalq Şahmat Federasiyası şahmatçıların yekun siyahısını dərc edib

23 Dekabr 2019 19:05

Xəbər 488 dəfə oxunub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) “İddiaçılar turniri 2020”də iştirak edəcək şahmatçıların yekun siyahısını dərc edib.Azərtac xəbər verir ki, 2020-ci ilin martında Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək turnirdə 8 şahmatçı iştirak edəcək. Belə ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbovla yanaşı, Fabiano Karuana (ABŞ), Dinq Liren (Çin), Aniş Giri (Niderland), Vanq Xao (Çin), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hər üçü Rusiya) iddiaçılar turnirinin iştirakçıları sırasında yer alıblar.Xatırladaq ki, bu il T.Rəcəbov dünya kubokunun qalibi olmaqla, həm də iddiaçılar turnirinə vəsiqə əldə edib.xeber100.com