Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişilər və qadınlar arasında keçirilən dünya tacı matçı üçün seçim sistemlərini eyniləşdirməyə çalışır.Azərtac xəbər verir ki, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç TASS informasiya agentliyinə açıqlamasında bildirib.O, qeyd edib ki, qadınlar arasında Qran-Pri seriyasının təşkili ideyası əsasən, şahmat tacı matçı üçün sistemin həm kişilər, həm də qadınlar arasında eyniləşdirmək istəklərindən irəli gəlib. Belə ki, qadınlar arasında, ümumilikdə turnir az keçirildiyinə görə Qran-Prinin təşkili qərara alınıb. Bu yarış qabaqcıl şahmatçılara həmişə yarışlarda mübarizə aparmaq imkanı yaradıb.Qadınlar arasında Qran-Pri seriyasında Azərbaycan şahmatçısı Günay Məmmədzadə iştirak etsə də, mükafatçılar sırasına düşə bilməyib.Seriyanın 2020-ci ildə müxtəlif ölkələrdə baş tutan dörd mərhələsinin qalibləri, müvafiq olaraq hindistanlı Humpi Koneru (Moskva), rusiyalı Aleksanra Kostenyuk (Monako), gürcüstanlı Nana Dzaqnidze (Lozanna), qazaxıstanlı Jansaya Abdumalik (Cəbəllütariq) olublar.FIDE prezidenti onu da qeyd edib ki, ümumilikdə Qran-Prinin keçirildiyi dörd şəhərin hamısı çox yaxşıdır. Amma seriyanın mərhələ yarışları üçün müraciət edənlər olacaqsa, keyfiyyətinə görə məkanlar seçiləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…