Beynəlxalq Şahmat Federasiyasının iclasına yekun vurulub

30 İyun 2019 09:55

Xəbər 533 dəfə oxunub

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının Bakıda keçirilən iclasına iyunun 29-da yekun vurulub.Azərtac xəbər verir ki, ikigünlük toplantıda 40-a yaxın məsələ müzakirə edilib, təkliflər irəli sürülüb və fikir mübadiləsi aparılıb.İclasdan əvvəl FIDE-nin vitse-prezidenti Nayçel Şort çıxış edərək Argentinanın Folklend Adalarında şahmat turnirinin keçirilməsinə etiraz edərək Beynəlxalq Şahmat Federasiyası tərəfindən nəticələrin qəbul olunmamasını təklif edib. FIDE rəsmiləri təklifi qəbul ediblər.FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov heç bir dövlət tərəfindən tanınmayan ərazilərdə turnirlərin keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. FIDE rəsmisi Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini xatırladaraq həmin torpaqlarda şahmat turnirlərinin yalnız Azərbaycan Şahmat Federasiyası tərəfindən keçirilməsinin mümkünlüyünü qeyd edib. O, FIDE-nin belə hallara diqqətli yanaşmasını və bu barədə qurumun nizamnaməsinə əlavələrin olunmasının vacibliyini qeyd edib.FIDE rəsmiləri maliyyə şəffaflığını təmin etmək üçün illik büdcə barədə müzakirələr aparıblar. İllik xərclərə yenidən baxılıb və yaranmış bəndlər üzrə bölgülər aparılıb. Toplantıda Avropa Şahmat İttifaqının keçirdiyi yarış və tədbirlər barədə hesabat məruzəsi dinlənilib. O cümlədən bütün qitələr üzrə şahmatın vəziyyəti müzakirə edilib, təşkil olunan yarışların hesabatı təqdim olunub.Vurğulanıb ki, münaqişədə olan ölkələrin şahmatçıları beynəlxalq yarışlarda bir qayda mübarizə aparmaqdan imtina etməməlidirlər. Müzakirələrin nəticəsi olaraq, ilk dəfə mübarizədən imtina edən şahmatçıya xəbərdarlıq ediləcək, bu hal təkrarlanacağı halda cəza tətbiq olunacaq.Eyni zamanda, FIDE Baş Assambleyasının iki ildə bir dəfə deyil, hər il toplaşması məsələsi qəbul olunub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02