Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib ki, şahmat tacı uğrunda matç üçün mükafat fondu artırılacaq.TASS informasiya agentliyi xəbər verir ki, şahmat tacı uğrunda matç noyabrın 9-dan 28-dək Londonda keçiriləcək. Çempion titulu uğrunda hazırkı dünya çempionu norveçli Maqnus Karlsen və amerikalı Fabiano Karuana mübarizə aparacaqlar.Mükafat fondlarını artırmağın FIDE-nin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdıran Dvorkoviç qeyd edib ki, bu, həm qadınlar arasında dünya çempionatına, həm də şahmat tacı uğrunda kişilərin matçına şamil olunur. “Turnirlərin nüfuzunu qaldırmaq üçün bu addımlar çox vacibdir. Hazırda qadınların çempionatında mükafat fondu çox azdır”,- deyə FIDE prezidenti əlavə edib.Hazırda kişilərdə mükafat fondu 1 milyon, qadınlarda isə 250 min avro təşkil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…