Beynəlxalq şahmat festivalı davam edir

3 İyul 2019 14:16

Xəbər 565 dəfə oxunub

Bakıda, Respublika Şahmat Mərkəzində ənənəvi “Bakı yayı” beynəlxalq şahmat festivalı davam edir.Azərtac xəbər verir ki, festival çərçivəsində keçirilən blitz turnirinin qalibi və mükafatçıları müəyyənləşib. Yarışın favoriti Ülvi Bacarani (Bakı) 9 xalla turnirin qalibi olub. Murad İbrahimli (Sumqayıt) 7 xalla ikinci, Şəhriyar İsgəndərov (Quba) 6,5 xalla üçüncü yeri tutublar. Turnirdə 51 şahmatçı iştirak edib.Qeyd edək ki, festivalda şahmatçılar A (master), B (açıq), C (uşaq turniri U-12), D (rapid) turnirlərində mübarizə aparırlar. Festival iyulun 10-da başa çatacaq.xeber100.com