Beynəlxalq şahmat turniri başa çatıb

11 Aprel 2017 12:33

Xəbər 789 dəfə oxunub

Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb. Özbəkistan nümayəndəsi, beynəlxalq dərəcəli usta Curabek Xamrakulov 9 mümkün xaldan 6,5 xal toplayaraq turnirin qalibi olub.Azərtac xəbər verir ki, Türkiyə təmsilçisi Kıvanc Xəznədaroğlu, ukraynalı Aleksandr Zubov və israilli Tamir Nabati də eyni sayda xal toplayıblar. 5-ci nəticə göstərmiş Azərbaycan qrossmeysteri Ülvi Bacarani və daha beş şahmatçı liderdən yarım xal geri qalıb.Turnirdə ölkəmizi təmsil edən digər nümayəndələrə gəldikdə, Zaur Məmmədov (5,5 xal) turniri 13-cü, Orxan Eminov (4,5xal) 24-cü, Ramil Cavadov (4 xal) 35-ci yerdə başa vurub.Xatırladaq ki, bu yarışda 49 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edirdi.xeber100.com