Beynəlxalq şahmat turniri təşkil olunub

12 May 2019 10:50

Xəbər 579 dəfə oxunub

11 may 2019-cu il tarixində Praqa şəhərində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı və “City Building” şirkətinin sponsorluğu ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş həvəskarlar arasında 5-ci ənənəvi beynəlxalq şahmat turniri təşkil olunub.Trend-in məlumatına görə, turnirdə Çexiya, Slovakiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak edib.Turnirdə hakim qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi Aleksey Şimeçek iştirak edib.xeber100.com