İyulun 27-də Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində dördüncü tura yekun vurulub.Azərtac xəbər verir ki, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək şahmatçılar birincilik uğrunda mübarizə aparırlar.Dördüncü turun görüşlərindən sonra Xəzər Babazadə və Ayan Allahverdiyeva 4 xalla 1-2-ci yerləri bölüşdürürlər. Üç zəka sahibinin hesabında 3,5, 13 şahmatçının isə 3 xalı var.Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir. Avqustun 1-dək davam edəcək yarışda Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar iştirak edirlər.Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir. Yarışın baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…