Beynəlxalq şahmat turnirinin rapid yarışlarına yekun vurulub

5 Mart 2018 15:24

Xəbər 704 dəfə oxunub

Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin rapid yarışlarına yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 5 xalla turniri ikinci pillədə başa vurub. Hesabında 6 xal olan hindistanlı zəka sahibi Vişvanatan Anand turnirin qalibi olub. Rusiyalı şahmatçı Sergey Karyakin (5 xal) yarışı üçüncü yerdə tamamlayıb.Turnirə martın 5-də keçiriləcək blits yarışları ilə yekun vurulacaq.xeber100.com