İyunun 23-24-də Bakıda VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2016) keçiriləcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək forumda dünyanın 20 ölkəsindən 200-dən çox şirkət və təşkilatın nümayəndəsinin iştirakı gözlənilir. Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək forumda Azərbaycanın və regionun sığorta bazarı üçün aktual mövzular – “Nəzarət mexanizmləri: Meqa requlyator və ya klassik requlyator”, “Azərbaycan sığorta bazarının yeni reallıqları – nəzarət orqanının baxışları və proqnozları”, “Regionda makroiqtisadi tendensiyalar və onların sığorta bazarına təsiri”, “Hazırki mühitdə sığorta bazarının inkişafı üzrə prioritet istiqamətlər və yeni nəzarət üsulları”, “Hazırki reallıqda Azərbaycan və regionun sığorta bazarının inkişafı üçün yeni həllər”, “Sığorta tənzimlənməsində və nəzarətində yeni yanaşmalar” kimi mövzular müzakirə olunacaq. Tədbirdə təkrarsığorta mövzusu da diqqət mərkəzində olacaq, “Təkrarsığortaya yeni baxış”, “Regionda böhran şəraitində təkrarsığorta həlləri”, “Təkrarsığorta bazarının qlobal tendensiyaları” və digər mövzular üzrə müzakirələr aparılacaq. İştirakçılar kənd təsərrüfatı sığortası, bu sahədə beynəlxalq təcrübə və modellər, risklərin adekvat qiymətləndirilməsi və risklərin əhatə olunması üçün əsas həllər, regionlar üzrə kənd təsərrüfat sığortası modelləri, bu sahənin dövlət tərəfindən tənzimlənməsi kimi məsələləri də nəzərdən keçirəcəklər. Forumda, həmçinin avtomobil sığortası, bu sahədə zərərlərin qiymətləndirilməsi üzrə tariflər və sistemlər, proseslərin elektronlaşdırılması, yeni satış kanalları ilə bağlı təqdimat və çıxışlar olacaq. “AIIF-2016″da yeni sığorta məhsullarının yaradılması, həyat sığortası, bank sığortası, bu sahədə banklarla əməkdaşlıq, paket sığorta məhsullarının inkişafı və bununla əlaqədar mövzular üzrə müzakirələr, təqdimatlar və çıxışlar nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…