Çində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, müzakirələr Çin Xalq Respublikasının Şanxay şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivlərinə həsr olunmuş “dəyirmi masa”da aparılıb. “Dəyirmi masa”da iştirak edən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Müşahidə Şurasının sədri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov bildirib ki, 2015-ci il avqustun 3-də bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin Xalq respublikaları arasında konteyner daşımalarına start verilib, daha sonra isə Ukrayna bu marşruta qoşulub. Konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyindən danışan natiq bu tədbirin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması istiqamətində mühüm rol oynayacağını bildirib. Sonra “dəyirmi masa”da Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun və “Nomad Ekspress” nəqliyyat-logistika xidmətinin inkişaf perspektivləri, Çindən və əks istiqamətə yük daşımanın coğrafiyasının genişləndirilməsi, marşrutun cəlbediciliyi – yeni multimodal qərarlar, Avropa ilə Asiya arasında yük daşımalarının artırılması üçün yeni imkanlar mövzularında müzakirələr aparılıb. Tədbir çərçıvəsində Qazaxıstan, İran, Rusiya və Ukrayna dəmir yollarının, Almaniyanın logistik şirkəti olan DHL-in rəhbər işçiləri ilə ikitərəfli görüşlər keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…