Beynəlxalq Triatlon Şurası turnirləri ləğv etməkdə davam edir

29 Aprel 2020 00:02

Xəbər 521 dəfə oxunub

Beynəlxalq Triatlon Şurası (ITU) reytinq xarakterli turnirləri ləğv etməkdə davam edir.Azərtac xəbər verir ki, qurum koronavirus pandemiyasına görə, avqustun 17-23-də Kanadanın Edmonton şəhərində keçirilməsi planlaşdırılan dünya seriyasının final mərhələsini ləğv edib.Turnirdə Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulmuşdu.Bir müddət əvvəl ITU iyulun ortasında Almaniyanın Hamburq şəhərində keçirilməli olan dünya seriyasının mərhələ yarışını da ləğv etmişdi.xeber100.com