Avqustun 5-də Bakı Su İdmanı Sarayında futvole (çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnirə start verilib.Azərtac xəbər verir ki, Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən turnir iki gün davam edəcək.“Baku World Open” adlanan turnirdə kişilərdən ibarət 8, qadınlardan ibarət 4 komanda yarışır.Qadınların yarışında Azərbaycan, Rusiya (iki komanda) və Ukrayna iştirak edir. Kişilərin yarışda Azərbaycan yığması ilə yanaşı, Rusiya (iki komanda), Finlandiya, Pakistan, Hollandiya, İran və Ukrayna komandaları mübarizə aparır.“Baku World Open” turniri beynəlxalq futvoley yarışları sırasına daxildir.Əvvəlcə Azərbaycanın qadınlardan ibarət yığması Rusiyanın birinci komandası ilə qarşılaşıb. Təmsilçilərimiz ilk görüşdə qalib gəliblər – 2:0.Turnirin açılış mərasimimdə AFNA-nın prezidenti Vüqar Xəlilov yarış iştirakçılarını və idmançıları salamlayaraq onlara uğurlar arzulayıb.Daha sonra “Baku World Open” turniri rəsmi olaraq açıq elan edilib.Yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…