Beynəlxalq turnirdə millimizin rəqibi bəlli olub

15 Yanvar 2017 11:10

Xəbər 804 dəfə oxunub

Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət millimizin növbəti rəqibi bəlli olub.Azərtac xəbər verir ki, “C” qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşan komandamız İran yığması ilə qarşılaşacaq.Cənub qonşularımız son matçda moldovalı həmyaşıdlarına 5:0 hesabı ilə qalib gələrək qrupda 3-cü yeri tutub və 9-16-cı yerlər uğrunda mübarizədə millimizə rəqib olub.xeber100.com