Beynəlxalq turnirin final mərhələsi başlayır

23 Noyabr 2016 11:02

Xəbər 872 dəfə oxunub

Noyabrın 24-də güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayır. Sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək. Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən məlumata görə, turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, bir gün sonra isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.xeber100.com