Beynəlxalq turnirin ikinci günündə…

14 Aprel 2017 11:45

Xəbər 859 dəfə oxunub

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları yarışırlar.Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında 100 pəhləvan mübarizə aparır.Yığma komandamızın üzvləri yunan-Roma güləşi üzrə yeniyetmələr arasında yarışın ilk günündə 3 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıblar.İlk günün nəticələrinə əsasən, komanda hesabında Azərbaycan birinci, İran ikinci, Gürcüstan isə üçüncü yeri tutub.xeber100.com