Beynəlxalq Üzgüçülük Federasiyasının konqresi keçirilib

20 Dekabr 2021 12:59

Xəbər 779 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) konqresi keçirilib.Tədbirə 201 dövlətdən nümayəndə qatılıb. Azərbaycanı konqresdə də Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov və baş katibi Fərid Bənənyarlı təmsil ediblər.F.Bənəyarlının sözlərinə görə, konqres çərçivəsində FINA-nın prezidenti Hüseyn Əl-Müsəlləm altı aylıq hesabatla çıxış edib. Ümumilikdə 2021-ci ildə görülən işlər qənaətbəxş hesab olunub.Sora FINA-nın əsasnaməsində bəzi dəyişiklər barədə müzakirələr aparılıb. Müzakirələrdən sonra yeni təkliflər qəbul edilib. Konqres çərçivəsində Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi digər ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.xeber100.com