Beynəlxalq Üzgüçülük Federasiyasının məlumatı əsasında…

5 May 2020 09:18

Xəbər 572 dəfə oxunub

2021-ci ildə Yaponiyanın Fukuoka şəhərində keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb.Azərtac Beynəlxalq Üzgüçülük Federasiyasının saytına istinadən xəbər verir ki, dünya çempionatının 2022-ci il mayın 13-dən 29-dək keçirilməsi nəzərdə tutulur. Çempionatın vaxtının dəyişdirilməsi Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır.Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn il iyulun 23-də start götürəcək Olimpiada avqustun 8-dək davam edəcək.xeber100.com