Mayın 7-də Bakının Azadlıq meydanında “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun sonuncu – beşinci mərhələsinə start verilib.Azərtac xəbər verir ki, velosipedçilər bu mərhələdə Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 kilometr məsafə qət etdikdən sonra Azadlıq meydanındakı finiş xəttinə çatacaqlar.Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.Bu yürüşdə “Synergy Baku”nun heyətində Elgün Əlizadə, Elçin Əsədov, Ənvər Asanov, Samir Cəbrayılov, Kiril Pozdnyakov və Yosip Rumaç çıxış edirlər.Dörd turun yekununda şəxsi hesabda “Synergy Baku”nun velosipedçisi Kiril Pozdnyakov liderdir. O, dağ velosipedçiləri arasında liderlik edir. Komanda hesabında isə Ukraynanın “Kolss” komandası yürüş cədvəlinə başçılıq edir.Veloyürüşün ən gənc iştirakçısı Fransanın “Delko Marsel” komandasının üzvü Con Rodrigesdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…