Beynəlxalq Velosipedçilər İttifaqı “Ribas” turu keçirib

8 Avqust 2017 11:20

Xəbər 791 dəfə oxunub

Ukraynanın Odessa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1,2 kateqoriyalı “Ribas” turu keçirilib. Birgünlük yarışda Azərbaycan yığma komandasının 4 üzvü – Elçin Əsədov, Ənvər Asanov, İsmayıl İlyasov və Musa Mikayılzadə iştirak edib.Azərtac xəbər verir ki, velosipedçilərimizdən ən yüksək nəticəyə yığmamızın lideri Elçin Əsədov imza atıb. O, 154 km məsafəni 3 saat 42 dəqiqə 55 saniyəyə qət edərək finiş xəttini 3-cü keçib. Bu nəticə idmançımıza 25 reytinq xalı qazandırıb.xeber100.com