Beynəlxalq Voleybol Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

14 İyul 2020 20:57

Xəbər 489 dəfə oxunub

Beynəlxalq Voleybol Federasiyası (BVF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Azərtac BVF-yə istinadla xəbər verir ki, hesabında 127 reytinq xalı olan qadın voleybolçulardan ibarət milli komandamız mövqeyini qoruyub. Millimiz 26-cı pillədə qərarlaşıb.Siyahıya 391 xalla Çin voleybolçuları başçılıq edirlər. İlk üçlüyü ABŞ (382 xal) və Braziliya (328) yığmaları tamamlayır.xeber100.com