Dekabrın 18-də Bakıda Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbir keçirilib.Azərtac xəbər verir ki, tәdbirdә Dövlәt Miqrasiya Xidmәti (DMX) rәisinin müavini Pәrviz Musayev, Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) Azәrbaycandakı nümayәndәliyinin rәhbәri Serhan Aktoprak, ombudsman Elmira Süleymanova, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vә digәrlәri çıxış edәrәk cәmiyyәtin diqqәtinin miqrantların problemlәrinә yönәldilmәsi vә mәlumatlandırılması baxımından Beynәlxalq Miqrant Gününün әhәmiyyәtindәn danışıblar.Bildirilib ki, 1990-cı il dekabrın 18-dә BMT Baş Mәclisi tәrәfindәn “Bütün әmәkçi miqrantların vә onların ailә üzvlәrinin hüquqlarının müdafiәsi haqqında” Konvensiya qәbul edilib. Bu Konvensiya Azәrbaycan Respublikası Milli Mәclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilә ratifikasiya olunub. 2000-ci ildәn etibarәn dekabrın 18-i dünyada Beynәlxalq Miqrant Günü kimi qeyd olunur.Vurğulanıb ki, Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir. Miqrantlara vә qaçqınlara yaxşı münasibәtdә Azәrbaycan dünyadakı bütün ölkәlәrә nümunә ola bilәcәk miqrasiya idarәçiliyi modeli yaradıb. Azərbaycan hələ müstəqilliyinin ilk illərindən kütləvi miqrasiya axını ilə üzləşmiş ölkədir. Çünki Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etmәsi nәticәsindә bir milyondan çox azәrbaycanlı qaçqın vә mәcburi köçkün vəziyyətinə düşüb. Doğrudur, bu insanlar Azәrbaycan dövlәtinin qayğısı ilә әhatә olunublar. İşğal edilmiş ərazilər isə hazırda terrorçuların sığınacaq yerinə, narkotiklərin qanunsuz dövriyyəsi və tranziti, silah qaçaqmalçılığı, insan, o cümlədən uşaq alveri, insan orqanlarının transplantasiyası üçün əlverişli məkana çevrilib. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının bu işğal faktı ilə bağlı 4 qətnaməsi icra edilməmiş qalır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…