Bibəriyə yağının faydaları

6 Fevral 2016 20:08

Xəbər 5989 dəfə oxunub

Bibəriyə yağının faydaları:
Romatizma xəstəliklərindən, oynaq ağrılarılarından, baş ağrısından bibəriyə yağı istifadə edərək qurtarmaq olar.
Bibəriyə yağı dəri üzərində olan qaralmalara çox yaxşı təsir edir. Bibəriyə yağı ilə qaralan hissəyə edilən masaj sayəsində qaralmalar tez bir zaman ərzində itir və ağrı azalır.
Saçların tökülməsində saç diblərinə bibəriyə yağı ilə masaj etməklə saç tökülməsinin qarşısını almaq olar.
Ayrıca kəpək probleminin də qarşısını almaq olar.
Bibəriyə yağı dərinin gənç görünməsinə səbəb olur.
Ona görə də bibəriyə yağından rahat istfdə etmək olar.
İstifadə etdiyimiz bir çox kosmetikaların tərkibində bibəriyə yağı vardır.
Yorğunluqda, halsizliq zamanı bu yağdan istifadə edilir.
Ürəyi gücləndirmək üçün, astma xəstəliyi zamanı,sinüzit və buna bağlı əmələ gələn baş ağrıları zamanı da bibəriyə yağı işlətmək çox faydalıdır.
Yaddaş zəifliyində, sürətli öyrənmək istədiyinizdə də bibəriyə yağı yardımçınız olar.
Bibəriyə yağı antispazmotik təsirlidir.
Həzm sistemi üçün çox faydalıdır.
Bağırsaqları və mədəni rahatlatma xüsusiyyəti var.
Sinirlər üçün çox faydalıdır.
Üşümə probleminə əngəl olur.
Döş xərçənginin irəliləməsinə mane olur.
Qanı duruldur və qan şəkərini düşürür.

Bibəriyə yağı necə istifadə olunur?
Bibriyə yağı oynaq, baş ağrısı və onun kimi ağrılarda sürtülərək və masajla yayılaraq istifadə olunur.
Bibəriyə yağının çayı, migren, sinüzit müalicəsində istifadə olunur. Bibəriyə yağı kremi selülitlərdən və artıq çəkidən qurtarmaq üçün stifadə olunur.
Bibəriyə yağını iyləmək yaddaş və yadda saxlama üçün çox faydalıdır.
Bibəriyə çayını bir litrə suyun içinə 50 q bibəriyə atıb qaynatmaqla hazırlamaq olur.
Təzyiqi olanlar bibəriyə istifadə etməməlidirlər.
Çünki təzyiq yüksəltmə xüsusiyyəti vardır.
Hamilələrin istifadə etməsi düzgün deyildir.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05