Bu gün Şəkinin İkinci Biləcik kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
“Report”un xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri, “Azəriqaz ” İstehsalat Birliyi, rayon İcra Hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, 300 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8 280 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 122 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin sayına uyğun olaraq 300 ədəd sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Toplantıda çıxış edən R.Abdullayev Novruz bayramı və əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş tədbirlərdən danışıb. Dövlət Neft Şirkətinin prezidenti bildirib ki, bu, dövlət başçısı İlham Əliyevin qarşıya məqsəd qoyduğu sosial layihədir.
“Mavi yanacaqla intensiv şəkildə kəndlərin təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir”, – deyə R.Abdullayev qeyd edib.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb, evlərdən birində mavi yanacağın təzyiqi yoxlanılıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…