Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) “Bilik günü” münasibətilə tədbir keçirilib. Azərtac xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetin tarixi, müasir inkişaf mərhələlərindən, Prezident İlham Əliyevin çağırışı ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan bəhs edib. Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü deyən rektor cari ildə BDU-ya 4.798 tələbənin qəbul olduğunu, bunun ötən tədris ilindəkindən 526 nəfər çox oldugunu bildirib. Rektor qeyd edib ki, qəbul imtahanında 600 və daha yüksək bal toplayanlardan 299-u, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəriBakı Dövlət Universitetini seçib. Bu il universitetin bakalavriat və magistratura pillələrində yeni ixtisas və ixtisaslaşmalar açıldığını diqqətə çatdıran rektor, BDU-nun Qazax filialına səkkiz ixisas üzrə tələbə qəbulu aparıldığını, həmin ixtisaslardan turizm və otelçilik, ekologiya və biologiya müəllimliyinin yeni olduğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…