Birləşmiş Ərəb Əmirlikləri yeni neft ehtiyatının aşkarlandığını bəyan edib

23 Noyabr 2020 14:31

Xəbər 138 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ali Neft Şurası 22 milyard barrel həcmində yeni neft ehtiyatının aşkarlandığını bəyan edib.Azərtac xəbər verir ki, bu barədə “Emirates” informasiya agentliyi məlumat yayıb.BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid Əl Nəhyanın sədrliyi ilə keçirilən şuranın virtual iclasında “ADNOC” neft şirkətinin nümayəndələri məlumat veriblər ki, xam neft ehtiyatı quru ərazidə aşkar edilib, eyni zamanda, Əbu-Dabi Əmirliyində də əlavə 2 milyard barrel həcmində “qara qızıl” tapılıb. Yeni neft yataqlarında hasilatın daha ucuz başa gələcəyi, maya dəyərinin hətta Şimali Amerikanın şist neftindən də aşağı olacağı bildirilib.“ADNOC” bəyan edib ki, 2030-cu ilədək gündəlik neft hasilatını 5 milyon barrelə qədər artıra bilər.Qeyd olunub ki, COVID-19 pandemiyası ilə əlaqədar davam edən qlobal böhrana baxmayaraq, BƏƏ-nin neft sektoru cari ildə 16,8 milyard dollar xarici sərmayə cəlb edib, “ADNOC” isə iqtisadiyyatın şaxələndirilməsi layihəsinə 20,7 milyard dollar ayırıb.xeber100.com

İtaliya Parlamentinin Aşağı Palatasında keçirilən səsvermədə

İtaliyada Baş nazir Cüzeppe Konte Parlamentdə keçirilən birinci etimad votumunu qazanıb.Azərtac xəbər verir ki, Parlamentin Aşağı Palatasında keçirilən səsvermədə 321 deputat bitərəf siyasətçini dəstəkləyib, 259 deputat əleyhinə səs verib, 27 deputat isə bitərəf qalıb. Parlamentdə ilk etimad votumunu öz xeyrinə həll edən C.Konte bu gün Senat qarşısına çıxacaq və hazırkı hökumətin fəaliyyətini davam etdirə bilməsi üçün senatorların etimadını qazanmağa çalışacaqdır. Koalisiyalı hökumətdə təmsil olunan “Beş ulduz hərəkatı” və sosial-demokratların (“Partido Democratico”) Aşağı Palata ilə müqayisədə Senatdakı təmsilçilərinin sayı daha azdır və Senatdakı çıxış və müzakirələrin gərgin keçəcəyi gözlənilir.Aşağı Palatadakı çıxışında C.Konte avropayönümlü deputatları onun hökumətinin siyasi kursunu dəstəkləməyə çağırıb. Baş nazir bildirib ki, pandemiyanın hazırkı gərgin mərhələsində İtaliyada hökumət böhranına yer yoxdur.Liberal və mərkəzçi qüvvələrin dəstəyini qazanmaq üçün C.Konte öz çıxışında kabinetin tərkibində dəyişiklik aparılacağını və həmçinin hökumətin fəaliyyət planını yeniləyəcəyini vəd edib. Bildirilib ki, hökumətin əsas hədəfi ölkəni modernləşdirmək və durğunluq keçirən iqtisadiyyatın qısa zamanda dirçəldilməsi üçün tədbirlər planı həyata keçirməkdir.C.Konte hökumət böhranına səbəb olan və ”Viva İtalia” partiyasına rəhbərlik edən Matteo Renzi ilə yeni alyansın qurulacağına dair bütün ehtimal və iddiaları rədd edib.xeber100.com

Yanvar 19, 2021 13:54

İtaliyanın dövlət başçısı ölkə əhalisini vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb

İtaliyanın dövlət başçısı Sercio Mattarella Yeni il münasibətilə televiziya müraciətində italyanları koronavirus pandemiyasına qarşı mübarizədə sıx birləşməyə və koronavirusa qarşı vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb.Azərtac xəbər verir ki, 2021-ci ili koronavirus üzərində qələbə və yeni başlanğıc il adlandıran S.Mattarella peyvənd inadkarları və qərarsız insanların bu məsələdə ümumi rifahı nəzərə almalı olduqlarını ifadə edib.Ötən ilin fevral ayında Avropada epidemiyanın ən sürətlə yayıldığı İtaliya əhalisi və iqtisadiyyatına COVID-19 pandemiyası olduqca baha başa gəlib. Ölkədə indiyədək iki milyondan çox insan virusa yoluxub, 74 min insan virusla əlaqəli və ya birbaşa virusun təsirindən həyatını itirib. Pandemiyanın sosial və iqtisadi nəticələri də kifayət qədər ağır olub. Prezident bildirib ki, ölkədə çox sayda iş yerləri bağlanıb, müəssisələr öz gələcəklərinə görə qorxu keçirirlər, insanların gəlirləri azalıb. Ölkə iqtisadiyyatının bir sıra sektorları, xüsusilə turizm pandemiyadan ən çox əziyyət çəkən sahələrdir.Bununla belə, dövlət başçısı pandemiyadan sonrakı dövr üçün mühüm və ümidverici siqnallara da toxunub. Qeyd edilib ki, Avropa İttifaqının yenidənqurma proqramı çərçivəsində İtaliya iqtisadiyyatına ümumilikdə 209 milyard avro yönləndiriləcək və dekabrın sonunda başlayan vaksinasiya kampaniyası tezliklə epidemioloji vəziyyətdə dönüş yarada biləcək. 79 yaşlı dövlət başçısı vurğulayıb ki, ən yaxın zamanda o da özünə koronavirusa qarşı peyvənd vurduracaq və bu addım digər insanların sağlamlığı naminə hər kəsin üzərinə düşən bir cavabdehlik və öhdəlikdir.Pandemiya üzərində qələbənin İtaliya üçün mühüm olduğunu bildirən S.Mattarella bu ölkə həyatındakı mühüm hadisələrə də toxunub. Həmçinin qeyd edilib ki, 2021-ci ildə İtaliya öz tarixində ilk dəfə G20 ölkələrinə sədarəti həyata keçirəcək və bu dövr ölkə iqtisadiyyatının dirçəlişi üçün yeni təkan ola bilər.xeber100.com

Yanvar 1, 2021 21:44