Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı “Etihad Airways” səhmlərini satır

15 Noyabr 2023 15:21

Xəbər 97 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı “Etihad Airways” Serbiyanın “Air Serbia” aviaşirkətinin ortaq mülkiyyətindən çıxacaq və dövlət milli aviadaşıyıcıya tam sahiblik edəcək. Bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib.

Nazir bildirib ki, Serbiya dövləti “Etihad Airways”in 18 faizlik səhmlərini tam şəkildə alacaq. Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısının ortaq sahiblikdən çıxması isə şirkətin qərarıdır.

“Air Serbia” regionun ən böyük aviaşirkətidir. Biz iflasda olan bu şirkəti dörd qitəyə, çoxlu sayda ölkəyə uçuşlar həyata keçirən lider aviaşirkətə çevirdik. Dövlət “Air Serbia”nı daha da inkişaf etdirmək niyyətindədir. Bundan sonra da təyyarələrin alınması, yeni istiqamətlərə uçuşların həyata keçirilməsi davam etdiriləcək”, – deyə S.Mali bildirib.

Qeyd edək ki, “Etihad Airways” 2013-cü ildə Serbiyanın keçmiş Yuqoslaviya dövründən zərərlə işləyən “JAT Airways” aviaşirkətinin səhmlərinin 49 faizini alaraq “Air Serbia”nın rebrendinqini həyata keçirib. 2021-ci ildə isə Serbiya dövləti aviaşirkətdəki payını 51 faizdən 82 faizə yüksəldib, “Etihad”ın payı 49 faizdən 18 faizə enib.xeber100.com

Ankara 13 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub

Qurtuluş Savaşının mərkəzi olan Ankara 1923-cü il oktyabrın 13-də Anadolu düşmən işğalından azad edildikdən sonra gənc Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub. Birinci Dünya müharibəsinin sonunda Türkiyə işğal edildikdən sonra Qazi Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək Qurtuluş Savaşını başladır. Ankaranın savaşdakı əhəmiyyəti onun Geyve Boğazı, Kütahya və Afyon kimi düşmən işğalı altında olan mövqelərlə dəmir yolu əlaqəsi və kifayət qədər döyüş imkanlarına malik olmasından irəli gəlirdi. Müharibənin uğurunu təmin etmək üçün nizami orduların yaradılması qərarı da məhz Ankarada qəbul edilmişdi. Bu ordular İnönü, Sakarya və Dumlupınarda düşməni məğlub etdi. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da qazanılan zəfərlə başa çatdı. Bunun ardından 1923-cü il oktyabrın 9-da Türkiyənin xarici işlər naziri İsmət Paşa “Türk dövlətinin inzibati mərkəzi Ankara şəhəridir” ifadəsinin yer aldığı qanun layihəsini parlamentə təqdim edir. Qanun layihəsi həmin il oktyabrın 13-də Parlamentin Ümumi Məclisində səs çoxluğu ilə qəbul olunur. Ankara paytaxt elan olduqdan sonra şəhərdə sürətli tikinti və yenidənqurma işlərinə başlanılır. Xarici mütəxəssislər dəvət edilərək şəhərin gələcək planı hazırlanır. Yenidənqurma işlərində təhsil və mədəniyyət müəssisələrinə üstünlük verilir. Bu gün Türkiyənin paytaxtı elan edilməsinin 100-cü ili qeyd olunan Ankara dünyanın ən qabaqcıl və müasir şəhərlərindən biridir.

Oktyabr 13, 2023 15:06

Birləşmiş Millətlər Təşkilatının müstəmləkə altında olan 17 ərazini tanıyır

BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində təşkil edilmiş konfransda anti-müstəmləkəçi təşkilatlar Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb ediblər. BMT müstəmləkə altında olan 17 ərazini tanıyır. Bu siyahıda 2 dənizaşırı ərazi olsa da, Qvadelupanın adı yoxdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən 78-ci Baş Assambleyasına qatılan Qvadelupa nümayəndə heyəti Qvadelupa Milli Alyansı (ANG), Təzminat üçün Beynəlxalq Hərəkatı (MİR), Alternativ Siyasi Layihə Təşəbbüs Komitəsi (CIPPA), Qara Xalqlar Beynəlxalq Komitəsi (CIPN), Qvadelupa Qurtuluş Xalq Birliyi (UPLG), Qvadelupa Milli Azadlıq Cəbhəsi (FKNG) və Qvadelupa Xilas Kollektivi (KSG) kimi yerli siyasi təşkilatların nümayəndələrindən ibarətdir. Qvineya və Martinikdən olan həmkarları da Qvadelupa nümayəndə heyətinə qoşulub. Natali Mintaçi (Nathalie Minatchy, ANG) və Jan-Jakob Bisep (Jean-Jacob Bicep, UPLG) iclasda çıxış edərək, qvadelupalılar adından danışıblar. Qeyd ediblər ki, nümayəndə heyətinin tələbi Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsidir. UPLG-nin baş katibi Jan-Jacob Bicep çıxışında Qvadelupanın BMT-nin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb etməklə yanaşı, təzminat ödənilməsini “dekolonizasiyanın əsas sütunu” kimi təqdim edib. “Dekolonızasyon: Sakit inqılab” adlı tədbirin yekun bəyannaməsi BMT-nin rəhbər orqanlarına göndərilib. Qvadelupanın UPLG siyasi təşkilatı ölkəsinin və Fransanın digər koloniyalarının müstəmləkə vəziyyətini beynəlxalq diqqət mərkəzinə gətirən və onları mövcud təcriddən çıxarmağa kömək edən bu böyük təşəbbüsü alqışlayıb. Xatırladaq ki, BMT-də faktiki olaraq dekolonizasiya üzrə Xüsusi Komitə mövcuddur. O, bütün dünyada öz suverenliyinə can atan və hələ də müstəmləkə altında olan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyır. Bu günə qədər BMT iki milyona qədər insanın yaşadığı 17 ərazini hələ də müstəmləkədə olan ərazilər hesab edir. Fransanın dənizaşırı müstəmləkəsi olan - Qvineya, Polineziya və Yeni Kaledoniyanın da bu siyahıya əlavə edilməsi tələb olunur.xeber100.com

Sentyabr 24, 2023 14:59