Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturuna daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir ki, hazırda dünyada müasir quldarlığın müxtəlif təzahürlərinin qurbanına çevrilən 40 milyona yaxın insan var.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu qurbanları zorakılıq, aldatma və hakimiyyət səlahiyyətlərindən sui-istifadə yolu ilə qula çevirirlər. Vurğulanır ki, onların 42 faizini “seks sənayesində” köləliyə cəlb olunmuş qızlar və qadınlar, 58 faizini isə “kölgə iqtisadiyyatının” müxtəlif sahələrində işləyənlər təşkil edir.BƏT bu hallarla mübarizə aparmaq üçün Məcburi Əmək haqqında Protokol hazırlayıb və bu sənəd 2016-cı ilin noyabrında qüvvəyə minib. Protokolda nəzərdə tutulan tədbirlər quldarlıqla effektiv mübarizədə mühüm rol oynayır. Bundan başqa, BƏT “Azadlıq uğrunda 50” kampaniyası çərçivəsində sənədə imza atmayan əlli dövləti də Protokola qoşulmağa çağırır.Beynəlxalq Qul Əməyi ilə Mübarizə Günü dekabrın 2-də qeyd olunur. 1949-cu ilin həmin günü BMT-nin Baş Assambleyası tərəfindən insan ticarəti ilə mübarizə haqqında Konvensiya qəbul olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…