Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.Azərtac xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd artaraq 457 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 156 ədəd artıb.Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd çoxalaraq 359 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 128 ədəd artım qeydə alınıb.Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 98 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 21 ədəd artıb.Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma – 244-ə düşüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…