ABŞ İrana qarşı sanksiyalar haqqında qanunu daha 10 il uzadıb. Associated Press agentliyinin yaydığı məlumata görə, sənəd dekabrın 15-də gecəyarısı qüvvəyə minib.Birləşmiş Ştatların qanunlarına görə, bu müddətədək Prezident Barak Obama ABŞ Konqresinin İran əleyhinə sanksiyaların uzadılmasına dair qəbul etdiyi qanun layihəsini ya imzalamalı, ya da rədd etməli idi. Lakin Prezident bunların heç birini etməyib. Buna görə də sənəd avtomatik olaraq qanun qüvvəsinə minib.Xatırladaq ki, 2015-ci ilin iyulunda Vyanada İranın nüvə proqramı üzrə birgə fəaliyyət planı razılaşdırılmışdı. Bu il yanvarın 16-da BMT, ABŞ və Avropa İttifaqı İrana onun nüvə proqramı ilə bağlı tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyalarını ləğv etmişdilər. Bununla yanaşı, ABŞ prezidentinin İran İslam Respublikasına qarşı sanksiyalar haqqında fərmanları hələlik tam ləğv olunmayıb, yalnız dayandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…